Aprelin 27-də saat 20:30 radələrində “Grandmart” mağazalar şəbəkəsinin mağazalarından birində tüstülənmə olub. Hadisə şahidlərindən birinin Foodinfo.az-a verdiyi məlumata görə, hadisə “Grandmart”ın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 20/116 ünvanında yerləşən “Xalqlar dostluğu” mağazasında qeydə alınıb. Hadisə zamanı mağzanı tüstü bürüyüb. Bu isə həmin vaxt mağazada olan müştərilərin və mağaza işçilərinin narazılığına səbəb olub. Tüstünün hansı səbəbdən yarandığı məlum deyil. Foodinfo.az həmin mağazanın filialı ilə əlaqə saxlayıb. Bildirilib ki, həqiqətən ötən gün mağazada tüstülənmə olub, lakin  tüstünün hansı səbəbdən baş verdiyi barədə açıqlama verilməyib.