Oynaq ağrıları ilə müşayiət edilən Gut xəstəliyi nədən yaranır?   Gut xəstəliyinin əsas səbəbləri: – Oynaqlarda toplaşan ürat kristalları Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, qanda ürik asid səviyyəsinin yüksəlməsi ilə ürat kristalları meydana çıxır Normalda ürik asid qanda böyrək yolu ilə atılır. Bəzən vücudumuz çox ürid asid istehsal edir və ya böyrəklərdən getməsi azala bilər. Ürik asid kristalları, iynə ucu kimi, ucu kəskin formadakı kristallar şəklindədir. Oynaq və ətraf toxumalara toxunaraq ağrıya səbəb ola bilir. Bəs bu xəstəlikdən əziyyət çəkənlər gündəlik olaraq nələrə diqqət etməlidirlər? – Gündə 8-16 stəkan su içilməli; – Spirtli içkilərdən uzaq durmalı; – Çəkiyə nəzarət etməli; – Orta miqdarda protein qəbul etməli; – Doymuş yağlardan qaçınmalı; – Gündəlik ət, balıq yeməli. Xəstəliyin müalicəsi əsnasında dərmanlarla birlik qidalanma rejimi də yaradılmalıdır. Gilas, C vitamini, qəhvə ürik asidin səviyyəsini aşağı salır. Bu baxımından xəstəliyin müalicəsi zamanı müsbət effekt yaradır. (Hekimtap.az)