"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə 15 noyabrda Boulevard Hotel Baku-da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq. 700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı spikerlər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində vəişçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edəcəklər. Tədbirin qonaqları qismindəNatella İsazadə - Beynəlxalq spiker, Təşkilati mükəmməllik üzrə mütəxəssis, (Kanada),Nuno Gomes - Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə menecer, MERCER (Portuqaliya),Zsolt Feher - icraçı direktor, Hogan Assesment Systems (Macarıstan),Dr. Kristian Qollaş - icraçı direktor, AudaCons HR & Legal Consulting (Almaniya),Vera Solomatina - HR direktor, SAP CIS(Rusiya), Matthew Lewis, Global headhunter; Uğur Karaboğa - Mental Azərbaycanşirkətinin direktoru çıxış edəcəkdir. Qeyd edək ki, HR sammit İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdən olub, 2017-ci ildən yerli və xarici mütəxəssislərin iştirakı ilə hər il keçirilməkdədir. Sammit haqqında ətraflı məlumat və iştirak şərtləri ilə www.hrsummit.az rəsmi səhifəsində tanış ola bilərsiniz.