Dünyaca məşhur “KFC” fastfud restoranlar şəbəkəsi menyuya “Beyond Meat” şirkətinə məxsus süni toyuq ətindən hazırlanan naqqetslər əlavə edəcək. Foodinfo.az “Marja”ya istinadən xəbər verir ki, hələ ki məhsul fevralın 3-dən ABŞ-ın Şarlott və Neşvill şəhərlərində yerləşən 70 “KFC” restoranında eksperiment qismində satılacaq. Qeyd edək ki, ötən ilin yayında artıq sınaq olaraq süni toyuq əti ABŞ-ın Atlanta şəhərində satışa çıxarılıb. O zaman bütün süni toyuq ehtiyyatları beş saat ərzində satılıb qurtarmışdı. O zamandan bəri “Beyond Meat” şirkəti məhsulun yaxşılaşdırılması üzərində çalışır. Oradan verilən məlumata əsasən, məhsul əsl ətdən seçilməyəcək.