Ölkəmizdə istehsal olunan qida məhsullarının içərisində yad cisimlərin çıxması ilə bağlı mətbuat və sosial şəbəkələrdə şikayətlərə rast gəlinir. Bəzən ərzaq məhsulunun içərisindən şüşə, dəmir çıxır ki, bu da insan orqanizminə ciddi təhlükə yarada bilər. Bu dəfə Kamran Əli adlı Bakı sakini bu cür halla rastlaşdığını bildirib. O, “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetinin içindən iynəyə bənzər dəmir parçası çıxması haqqında sosial şəbəkədə məlumat yayıb. Kamran Əli bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb. Şirkətdən verilən məlumatda isə “Toffix” konfetlərindən dəmir çıxmasının təəccüblü olduğu bildirilib: “Bazarda həmin məhsulun saxtası və bənzəri çoxdur. Biz məhsullarımızın keyfiyyətinə bələdik”. (Cebhe.info) "Elvan Gida" məhsullarının Azərbaycan üzrə distrübütoru "Şam-Fi" şirkəti məsələyə operativ reaksiya verərək, şikayətçi ilə dərhal əlaqə yaradıb və mövzunu araşdırıb. Bu haqda Kamran Əli özü sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, şirkətin yerindəcə araşdırmasından sonra məlum olub ki, əslində dəmir parçası  "Toffix" konfetlərindən deyil, xarici görünüş etibarı ilə dizaynını və adını bu məhsula oxşadan və yerli istehsal olan "Tropix" konfetlərindən çıxıb. Bu məhsulun isə "Elvan Gida" şirkətinə heç bir aidiyyatı yox imiş. Şikayətçi öz paylaşımından bu yanlışlığın yaratdığı narahatlığa görə üzrxahlıq edib. "Elvan Gida" qrupu və "Şam-Fi" şirkəti də mövzu ilə bağlı öz rəsmi səhifələrində paylaşım ediblər: "İlk öncə, yaşanılan hadisədən dolayı məyus olduğumuzu bir daha bəyan edirik. "Elvan Gıda Grubu” olaraq bildiririk ki, məhsullarımızın istehsal prosesi İstanbuldakı Sefaköy fabrikində qida məhsullarının təhlükəsizliyinin təminatı olan ISO 22000, keyfiyyəti təsdiq edən ISO 9001 və halal sertifikatlar əsasında, beynəlxalq standartlara uyğun modern texnologiya və ERP sistemi vasitəsilə tam avtomatlaşdırılaraq qhəyata keçirilir. "Toffix" məhsulları isə istehsal prosesində iki dəfə - ilk olaraq məhsul formalaşadırılmadan əvvəl bütöv şəkildə (bir növ uzun xəmir halında) və daha sonra isə qablaşdırılmadan öncə formalaşdırılmış halda metal detektordan keçir. Metal detektor 1.5 mm dəmir, 2.5 mm dəmir olmayan və 2.5 mm paslanmaz polad metal test kitləri ilə davamlı olaraq iki saatlıq fasilələrlə effektiv şəkildə yoxlanılır və nəzarət edilir. Metal detektorlar isə davamlı şəkildə çalışır və idarəetmə xüsusi bir komanda tərəfindən edilir. ... Digər tərəfdən, paylaşılan fotoda qeyd edilən "Tropix” markasının "Elvan Gida” ilə heç bir bağlılığı yoxdur. Bir daha bildiririk ki, Toffix məhsullarından çox rahat şəkildə istifadə edə, azyaşlı, kiçik dostlarımıza məsləhət görə bilərsiz".