“Mətanət A” şirkəti  Səyyar təchizatçı vakansiyanı elan edib. Foodinfo.az xəbər verir ki, işin təsviri aşağıdakı kimidir: İşin təsviri:  Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;  Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;  Alınan malların keyfiyyətinə nəzarət. Əmək haqqı:  Razılaşma yolu ilə; Tələblər:  Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);  Ali təhsil;  Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;  Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;  Kompüter biliyi;  Yaş həddi: 25-40;  3 il iş təcrübəsi;  Xarici və daxili ezamiyyətlərə getmə imkanı;  Şəxsi avtomobilin olması. Əlavə tələblər:  Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur; Qeyd:  İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul  olunur;  Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;  CV-ləri [email protected] ünvanına göndərin.