Sosial şəbəkələrdə Leyla Mirzagasanova adlı istifadəçi “Bizim market”in Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən şöbəsindən şikayət edib. Foodinfo.az xəbər verir ki, şikayətçi marketdəki xidmətdən narazılığını ifadə edib. ““Bizim market” Ayna Sultanova – niyə nəzərət eləmirsiniz oranın servisinə, kassanın puluna vı işçilərinizə? Kassaya yaxınlaşırsan sifətlərindən zəhər yağır, heç vaxt xırda pulları yoxdur. Mən banka gedib pul çıxartmalıyam ki, nəsə alım? 3-4 manatı da qepik ilə “zdaçı” verərlər? Gedin başqa marketlərə də baxın necə müştəri ilə davranmaq lazımdır. Gələn dəfə gəlib 5 manatı 3 qəpik ilə verəcəm.” Məsələ ilə bağlı “Bizim market”dən Foodinfo.az-a verilən açıqlamada bunun əsassız məlumat olduğu bildirilib: “Bu cür hadisələr yalnız marketdə müştəri sıxlığı yaranan zaman yaşana bilər ki, bu da nadir hallarda olur. Kassalarda xırda əskinazın  olmaması nadir hallarda baş verir. Manat və qəpik bizim milli valyutamızdır. Əskinaz və yaxud qəpiklə ödəniş etməsi artıq müştərilərimizin öz seçimidir.”