Qəbələ rayonunun Nic qəsəbəsindəki bazarda iki avtomobildən ümumilikdə 85 kiloqram qoz ləpəsi oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Nic qəsəbəsindəki bazarda Bum qəsəbə sakini İ.Babayevin “QAZ-3110” markalı avtomobilindən 169 manat dəyərində 13 kiloqram, Ağdaş rayon sakini A.Rəsulovun “VAZ-21011” markalı avtomobilindən isə 936 manat dəyərində 72 kiloqram qoz ləpəsi oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıblar.   Namiq