Yaxın günlərdə qaynar xətt və qida təhlükəsizliyi ilə bağlı mobil proqram istifadəyə veriləcək. Bu barədə Foodinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev məlumat verib. O deyib ki, proqram istifadəyə verildikdən sonra qida təhlükəsizliyi ilə bağlı yaranan bir çox məsələlər öz həllini tapmış olacaq. Agentlik rəsmisi həmçinin əlavə edib ki, hazırda hər hansı şikayət və təkliflər olarsa 012 377-00-77 nömrəsinə zəng edib bildirmək olar.