"Artisan Bakery" şirkəti salat ustası üçün vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, 500 AZN təklif olunan işin təsviri aşağıdakı kimidir: Şəhər: Bakı Yaş: 22 - 35 yaş Təhsili: Fərqi yoxdur İş təcrübəsi: 1 - 3 il İş şəkli: Tam gün Namizədə tələblər: - Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli; - Xammal və məhsulların ilkin kulinar emalı qaydalarını bilməli; - Hazırlanmada istifadə olunan inqrediyentlərin düzgün doğrama qaydasını bilməli; - Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli; - Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli; - İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli; - İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli; - Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli; - Rus dili və ya İngilis dili biliyi (orta səviyyədə) olması arzuolunandır. İş barədə məlumat: - Müxtəlif növ salatların və sendviçlərin hazırlanması; - Sifarişlərin vaxtında çatdırılması və düzgün qablaşdırılması; - Tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və çeşidlərə əsasən yerləşdirilməsi və düzülməsi. - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; - Bir gün istirahət günü; - Nahar ilə təmin edilmə. Növbəli iş qrafiki : - 1-ci növbə 07:00 – 15:00; - 2-ci növbə 15:00 – 23:00. Telefon: (055) 270-69-89