Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Foodinfo.az-a bildiriblər ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib. Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.