"Veysəloğlu" Şirkətlər Qrupu" Mühasib vəzifəsinə işçi axtarır. İş yeri: Xaçmaz rayonu İş təcrübəsi: 1 il Təhsil: Ali iqtisadi təhsil İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi. Vəzifə öhdəlikləri: - Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək; - Bölgələrdən sənədlərin təhvili; - Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi. Tələblər: - Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi; - Vergi uçotu sahəsində biliklər; - Logo Unity proqram biliyi arzuolunandır. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 6 günlük Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun. Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib-Xaçmaz” yazıb göndərməklə müraciət edilir.