Veysəloğlu Şirkəti icarə və müqavilələr üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Foodinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. İş təcrübəsi: 1 il iş təcrübəsi Təhsil: Ali (Hüquq təhsili üstünlükdür) İxtisas Bilikləri və Bacarıqlar: Daşınan və daşınmaz əmlak üzrə biliklər üstünlükdür Müqavilələr üzrə iş təcrübəsi üstünlükdür Kompyuter Bilikləri: MS Excel Vəzifə funksiyaları: Ehtiyaclara uyğun Bakı və regionlarda lokal ofislərin, evlərin, anbarların, həmçinin elektrokarların axtarışı, qiymət danışıqları, müqavilələrin bağlanması və icarəyə götürülməsini həyata keçirmək; İcarə müqavilələrinə müvafiq periodik ödənişlərin və digər razılaşdırılmış şərtlərin icra edilməsinə nəzarət etmək; Şirkət balansında olan daşınmaz və ya daşınar vəsaitlərin vaxtaşırı sığorta və digər şirkət əhəmiyyətli məqsədlər üçün qiymətləndirilməsini həyata keçirmək və ya qiymətləndirmə xidmətini satın almaq; Keçirilən tenderlərin və təkliflər sorğularının arxivləşməsini təmin etmək; Tender qalibləri ilə müqavilələrin bağlanmasını təmin etmək; Bağlanmış müqavilələri nəzarətdə saxlamaq, qüvvədə olma vaxtı bitmiş müqavilələrin yenilənməsini təmin etmək; İş qrafiki: 5 günlük / 08:00-18:00 Yaş həddi: 25- 40 İş yeri: Bakı Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İcarə və müqavilələr üzrə mütəxəssis" qeyd edilməsi xahiş olunur.