Veysəloğlu Şirkətlər Qrupu növbəti vakansiya elan edib Vəzifə: Texniki ofis mühəndisi (Tikinti/inşaat) İş yeri: Bakı şəhəri İş təcrübəsi: 1-3 il Təhsil: Ali təhsil Yaş həddi: 24-40 İşin Təsviri: Podrat müqavilələrinin tərtibatı və hazırlanması. Təhvil-təslim sənədlərini və ödəniş üçün müvafiq qeydləri təmin etmək. Bütün lazımlı metraj işlərini həyata keçirmək. Aylıq fəaliyyət məruzələrinin hazırlanmasını təmin etmək. İş proqramı və planlaşdırma fəaliyyətlərinə nəzarət etmək. Vəzifə öhdəlikləri: - Podrat müqavilələrini hazırlamaq, smeta sənədlərini yoxlamaq, təhvil aktlarını tərtib etmək, görülmüş işlərin dəyərini hesablamaq və uçotunu aparmaq; - Tikintidaxili titul siyahılarına baxılması və yoxlanılmasında iştirak etmək; - Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını həyata keçirmək; - İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib etmək; - Limitləri qoyulmuş xərcləri əlavə etməklə, yerinə yetirilmiş işlərin dəyərəni hesablamaq; - İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparmaq; - İcra olunmuş işlərin nəzarət məqsədi ilə ölçülməsində iştirak etmək; - Məxaric smetalarını tərtib etmək və lazım gəldikdə onları sifarişçi ilə razılaşdırmaq; - Arbitrajda baxılması üçün iddia sənədlərinin hazırlanmasında iştirak etmək; - Təsərrüfat hesablı briqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən etmək. Tələblər: - MS Office proqramları biliyi; - Şəxsi avtomobilin olması mütləqdir. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texniki ofis mühəndisi (Tikinti/inşaat)” yazmaqla CV göndərərək müraciət edilir.