Sağlam qidalanma bədənin ehtiyac duyduğu qida maddələrinin düzgün və balanslı şəkildə təmin edilməsini nəzərdə tutan bir həyat tərzidir. Bu, yalnız qida seçimi ilə məhdudlaşmır, həm də qidaların keyfiyyəti, istehlak miqdarı, yemək vaxtları və qida təhlükəsizliyi kimi məsələləri əhatə edir.

Ümumilikdə, sağlam qidalanma bədən sağlamlığını qorumaq, enerji səviyyəsini yüksəltmək, xroniki xəstəliklərdən qorunmaq və uzun müddətli sağlamlıq üçün əsaslı bir addım olaraq qəbul edilir.

İlk növbədə balanslı qidalanma lazımdır. Belə qidalanma, müxtəlif qida qruplarından bədənin ehtiyacına uyğun miqdarda qida qəbul etməyi əhatə edir. 

Bura karbohidratlar, zülallar, yağlar, vitaminlər, minerallar və su aiddir. Bu, hər bir qida qrupunun bədəndə fərqli funksiyaları olduğunu və bədənin düzgün işləməsi üçün onların hər birinə ehtiyac olduğunu göstərir. Karbohidratlar bədən üçün əsas enerji mənbəyidir. Lakin sadə karbohidratlar, yəni ağ şəkər, ağ un məhsulları əvəzinə, tam taxıllar və lifli qidalar seçilməlidir. Tam taxıllar bədəndə enerjinin sabit olmasına kömək edir və qanda şəkər səviyyəsini nəzarətdə saxlayır. Zülallar bədən toxumalarının inkişafı və bərpası üçün vacibdir. Bir qisim qidalarda - məsələn, ət, balıq, yumurta, süd məhsullarında olan zülallar tam zülallardır və bütün vacib amin turşularını təmin edir, bitki mənşəli zülallar isə daha az doymuş yağlar ehtiva edir və ürək-damar sisteminin sağlamlığı üçün faydalıdır. Yağlar bədəndə enerji mənbəyi olmaqla yanaşı, hüceyrə strukturlarının və bəzi vitaminlərin mövcudluğu üçün zəruridir. Doymamış yağlar daha çox qəbul edilməli, doymuş və trans yağlardan uzaq durulmalıdır.