Arıqlamaq bir çox insan üçün olduqca çətin bir işdir. Bununla belə, qaçış bu məsələdə ən yaxşı vasitə olaraq qalır.

Foodinfo.az Aztibb-ə istinadən xəbər verir ki, Finlandiyadan olan tədqiqatçılar bu fikrə sadiqdirlər.

Onlar öz qənaətlərini "Frontiers in Sports and Active Living" elmi nəşri ilə bölüşüblər. Onların fikrincə, qaçış, uzun müddətdən danışsaq, bədən çəkisini azaltmağa imkan verəcək məşqdir. Başqa sözlə, nəticə dərhal nəzərə çarpmayacaq, həm "uzun müddətdə" qaçış fiziki formanı əla vəziyyətdə saxlamağa imkan verəcək təməl olacaqdır.

Tədqiqatçılar öz tapıntılarını müxtəlif yaşlarda olan könüllülərin iştirak etdiyi eksperiment vasitəsilə təsdiqləyiblər.

Alimlər təsdiqləyiblər ki, qaçış zamanı təkcə ayaqların əzələləri deyil, həm də bütün bədən istifadə olunur, eyni zamanda ürək-damar və tənəffüs sistemləri yaxşı yüklənir.