Bəzi qidalardan avtomobil sürməzdən əvvəl imtina etmək daha yaxşıdır, çünki onların tərkibində az miqdarda olsa da, spirt var. Bu barədə Lenta.ru qastroenteroloq Bavər Salıxovanın sözlərinə istinadən yazır.
Odur ki, kvasdan və kefir, tan, ayran, qımız kimi fermentləşdirilmiş süd məhsullarından imtina etmək daha yaxşıdır. Bu içkilər fermentasiya yolu ilə istehsal olunur, bu zaman karbon qazı və etil spirti buraxılır. Onların tərkibində 3%-ə qədər spirt ola bilər.
Artıq yetişmiş meyvələrdən də çəkinmək lazımdır. Məsələn, beş qaralmış bananın tərkibindəki spirt konsentrasiyası 250 mililitr pivə ilə demək olar ki, eynidir. Bundan əlavə, spirt turşularda (xüsusilə xiyar və pomidorda), soya sousunda, duzlu kələmdə olur