Türkiyənin tanınmış aktrisası, “Çalıkuşu” serialından Fəridə obrazı ilə məşhurlaşan Aydan Şener yenidən Azərbaycana dəstək nümayiş etdirib. Foodinfo.az bildirir ki, Aydan Şener “ATV səhər” verilişində virtual qonaq olub. Aktrisa qəlbən Azərbaycana bağlı olduğunu, azərbaycanlıları çox sevdiyini dilə gətirib: “Torpaqlarınızı başqa bir millət ələ keçirməyə çalışır. Bu, səhvdir. Hüzur və sülh şəraitində yaşamaq istəyirik. Müharibəyə qarşıyam, çünki əsgərlərimiz şəhid olur, gənc insanlar dünyasını dəyişir. Müharibəni yaxından izləməyə çalışıram. Azərbaycan ordusunun çox güclü olduğunu bilirəm. Təbii ki, torpaqlarınızı azad etmək üçün müharibə etməlisiz. Azərbaycanla yaxın əlaqələrim var, qəlbən bu ölkəyə çox bağlıyam. Azərbaycana bir neçə dəfə səyahət etmişəm. Orada çoxlu dostlarım var və həqiqətən azərbaycanlıları çox sevirəm. Məlum olduğu kimi məni “Çalıkuşu” serialından sonra tanımağa başladınız. Həmin zaman da sizlərdən çoxlu məktublar aldım. İndi isə sosial şəbəkə sayəsində görüşürük, orada çoxlu izləyicilərim var. Biz iki dövlət, amma bir millətik. Azərbaycanda məni sevənlərə sevgilərimi göndərirəm".