
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
148 yeni yoluxma faktı qeydə alınıb,
177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Foodinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
39 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
36 601 nəfər müalicə olunaraq sağalıb,
574 nəfər vəfat edib, aktiv xəstə sayı
1 867 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
6 722, bu günə qədər isə ümumilikdə
1 047 906 test icra olunub.