Azərbaycanda aqrar sektoru tam əhatə edəcək yeni internet televiziya kanalı açılıb. Foodinfo.az xəbər verir ki, bu barədə "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin PR, şöbə müdiri Aytəkin Cəlili məlumat verib.   O bildirib ki, artıq bu gündən "Aqrobiznes TV" fəaliyyətə başlayır. Kanalda əkinçilikdə aqrotexniki qulluq qaydaları, subsidiya və digər fermeryönümlü dövlət dəstək tədbirləri, bazar qiymətləri, dünyanın aqrar sektorunda ən son elmi-texniki yeniliklər, heyvandarlıqda ən məhsuldar cinslər və vacib zootexniki qaydalar, baytarlıq və xətəliklərlə mübarizə metodları, kiçik, orta və iri biznes ideyaları, kəndin inkişafı, fermerlərin güclənməsi üçün dövlət və özəl şirkətlərin təklifləri və s mövzularda müxtəlif verilişlər yayımlanacaq. "Aqrobiznes TV" izləyiciləri kənd təsərrüfatı sahəsində lazım olan simalar və çoxsaylı ideyalar ilə tanış olacaqlar. İzləyiciləri maraqlandıran sulları da kanala ünvanlamaq mümkün olacaq. Qeyd edək ki, bu gün 20.30-dan Aqrobiznes TV-ni Youtube, Facebook və İnstagram üzərindən izləmək mümkün olacaq.