B 3 vitamini B qrup vitaminləri içində az xatırlanan, az istifadə olunan növdür. Niasin və ya nikotin turşusu adlanan B 3 orqanizmin enerji mənbəyidir.
 
Sinir sistemi, dəri və beyin onunla qidalanır.
Foodinfo.az Medicina.az-a istinadən tibbdə B 3 vitamini çatışmazlığının əsas əlamətlərinin 3 D olduğunu bildirir: yəni demensiya, diareya, dermatit
Əgər sizdə əqli, beyin fəaliyyətində pozulma, diqqətsizlik, yaddaşsızlıq varsa, dərinizdə dermatit yaranıbsa, ishaldan əziyyət çəkirsizsə, deməli, sizdə 3 D sindromu – yəni kəskin B3 vitamini əskikliyi var.
İştahın azalması, çəkidə itki, qarında spastik ağrılar, ürəkbulanma, qıcıqlanma, əsəbilik də B 3 defisitindən ola bilir.
B 3 lə zəngin qidalar yumurta, balıq, ət, taxıl, paxlalılar, göbələk və təzə tərəvəzlərdir.
Defisit varsa hazır nikotin turşusu, yəni B 3 qəbul edə bilərsiz.
Bu vitamin yüksək dozada qəbul etmək olmaz.
Sutkalıq doza 30 mq kifayətdir.