
Düzgün qidalanmama bütün orqanların içərisində ən çox beyinə mənfi təsir edir.
Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Kornell Universitetinin Nevrologiya və radiologiya kafedrasının dosenti
Liza Moskoni bildirib.
Onun sözlərinə görə, tərkibində doymuş heyvan yağı olan qidalar ürək-damar xəstəlikləri və koqnitiv problemlər riskini artırır.
“Yağlı, şirin qidalar yeyəndə və süstlük, beynin dumanlanması və yuxululuq kimi simptomlarla qarşılaşdıqda bu simptomlar mədədə deyil, beyində meydana gəlir”, - dosent söyləyib.
“Bundan əlavə, belə rasion beynin funksional və struktur elementlərinin itirilməsinə səbəb ola bilər və onu qocalma və demansiyaya qarşı daha həssas edir”, - Moskoni deyib.
Mənfi təsirlərin qarşısını almaq üçün həkim qidalara antioksidantlarla zəngin məhsullar, o cümlədən C və E vitaminləri, beta-karotin, omeqa-3 yağ turşuları və antiinflamatuar B vitaminləri əlavə etməyi məsləhət görüb.