Beyin-kompüter interfeysi (BCI) ilə məşğul olan, İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərində aparılacaq ilk tədqiqat üçün könüllülərin qeydiyyatına başlayıb. Bu tədqiqat N1 implantı və R1 cərrahi robotunun təhlükəsizliyini və funksionallığını qiymətləndirmək niyyəti daşıyır.
Foodinfo.az xəbər verir ki, yeni üsul servikal onurğa beyni zədələnməsi və ya ALS nəticəsində kvadriplegiya (boyundan aşağı iflic) keçirən xəstələrə xarici cihazları düşüncə gücü ilə idarə etməyə imkan verəcək.
Şirkətin N1 sistemi beyin impulslarını qeyd etmək və kompüter interfeysinə ötürmək üçün robot cərrahiyyə vasitəsilə implantasiya edilmiş bir sıra kiçik zondlardan istifadə edir. İlkin olaraq, istifadəçilərin düşüncə ilə kursoru və ya kompüter klaviaturasını idarə edə biləcəkləri gözlənilir.