Müasir dövrdə evdar xanımlar 30 il əvvəlki qadınlar qədər çalışqan deyil. İndi evdə xəmir məhsullarının hazırlanması azalıb. Həmçinin, evdə çörək bişirmək demək olar ki, əsasən rayon və kənd ərazilərində qalır. Bakı və Bakı ətrafı əhalinin əksəriyyəti çörəyi market və dükanlardan alır. Alınmış çörəklər isə bir və ya gün yarımdan sonra boyatladığı üçün istifadə edilmir və çox vaxt atılır. Xəmir mütəxəssisi Şahin Ağayev Foodinfo.az-a boyatlamış çörəyi yenidən qida halına gətirməyin qaydalarını təqdim edib. 1) Su dolu qazanı sobanın üzərinə qoyub qaynadırıq. Qaynayan suyun üzərinə suya dəyməyəcək halda başqa bir qab qoyub içinə boyat çörəkəri qoyuruq. Qabın ağzını bağlayıb suyu yenidən 5-6 dəqiqə qaynadırıq və boyatlamış çörək yemək üçün hazırdır; 2) Suxarı halına sala bilərik (sulu yeməklər üçün əladır); 3) Suxarı halına salınmış çörəyi üyüdərək ət, balıq, toyuq kimi qızartmalarda istifadə etmək də bir seçimdir.   Foodinfo.az