Böyük miqdarda zəncəfil ürək yanması və allergiyaya səbəb ola bilər. Foodinfo.az bildirir ki, bunu tibb elmləri namizədi və Meditsina ASC-nin qastroenteroloqu Evgeni Belousov deyib.

O, bildirirb ki, zəncəfil qanın laxtalanmasına və qlükoza səviyyəsinə təsir edir, ona görə də ehtiyatla qəbul edilməlidir. Əks göstərişlərə öd daşı xəstəliyi və bəzi ürək-damar patologiyaları da daxildir.

Həkim həmçinin qeyd edib ki, zəncəfil iltihab əleyhinə təsir göstərir, hüceyrələri oksidləşdirici stressdən qoruyur, həzmi yaxşılaşdırır, ürəkbulanma və toksikoz zamanı kömək edir, əzələ və oynaqlarda ağrıları aradan qaldırır.

Həkim vurğulayıb ki, zəncəfil müxtəlif yollarla qəbul edilə bilər: soyuqdəymə üçün bal və limonla rəndələnmiş kökdən hazırlanmış çay kimi, smuzi və kokteyllərin bir hissəsi kimi, həmçinin dəniz tutması və mədə narahatlığı üçün kapsul və həb şəklində.