Tədqiqatçılar uzun ömürlü olmaq üçün lazım olan üç əsas amili sadalayıblar. Foodinfo.az xəbər verir ki, araşdırma JAMA Network Open jurnalında dərc olunub.
Şanxaydakı Fudan Universitetinin mütəxəssisləri 80 və daha yuxarı yaşda olan 5222 iştirakçı haqqında ətraflı məlumatları araşdırıblar. Onlardan 1454-ü 100 yaşa çatıb.
Könüllülərin həyat tərzini təhlil etdikdən sonra məlum olub ki, siqareti tərgitmək, müntəzəm idman etmək və müxtəlif pəhriz uzunömürlülük əldə etmək üçün ən vacib amillərdir.
Təhsilin, ailə vəziyyətinin və alkoqoldan istifadənin sonrakı həyatda gözlənilən ömür uzunluğuna əhəmiyyətli dərəcədə təsir etmədiyini söylədilər.