Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq prorqamına cəlb edilən şəxslərə aktivlər təqdim edilir.
Nazirlikdən Foodinfo -ya verilən məlumata görə, həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur.
Ümumilikdə isə respublika üzrə artıq 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib.
Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş