Bəzi qidaların cinsi güc verdiyi bilinir. Sarımsaq bu qidaların siyahısında birinci yerlərdədir.
Foodinfo.az Unikal.org-a istinadən sarımsağın cinsi gücə olan təsirləri barədə məlumat verir.
Səhv qidalanma bütün metabolizmaya təsir etdiyi üçün cinsi həyata da mənfi mənada təsir edir. Ancaq aparılan araşdırmalar zamanı sarımsağın kişilər üzərində qəribə bir faydası olduğunu ortaya çıxarıb.
Elmi qənaətə görə sarımsağın, sperma sayını artırdığı və qanın cinsi orqanlara axışını sürətləndirib sperma keyfiyyətini də artırdığı müəyyən edilmişdir. Bir çox adətlərdə sarımsağın afrodizyak olduğu düşünülür.
Sarımsağın tərkibində cinsi orqanlara gedən qanı artırdığı düşünülən allicin adlı bir maddə var. Penisə gedən qandakı artış ereksiyanın daha uzun müddət davam etməsi və cinsi gücü artırdığı anlamına gəlir.
Ancaq sarımsağın faydalarından təsirli bir şəkildə istifadə etmək üçün yeyərkən diqqət edilməsi lazım olan bir neçə əhəmiyyətli nöqtə var.
Sarımsağın faydalarından istifadə edə bilmək üçün sarımsağı aşağıdakı kimi istifadə etməyiniz lazımdır.
Tərkibindəki enzimlərdən ən yaxşı formada faydalana bilmək üçün sarımsağı bıçaqla doğramaq yerinə sarımsaqdöyəndə əzərək istifadə etmək lazımdır.
Sarımsaqdan istifadə edərkən içərisinə cəfəri əlavə edin.
Sarımsağın cinsi təsirlərindən yararlana bilmək üçün gündə ən az 3 ədəd sarımsaq udun.