
ROSBIOTECH Universitetinin Dietologiya kafedrasının dosenti Yuliya Onufriyçuk çuğundurun faydalı xüsusiyyətlərindən danışıb. "Çuğundur ürəyin fəaliyyətini dəstəkləyir və böyük miqdarda təbii nitratlara görə qan təzyiqini normallaşdırır. Onlar güclü damar genişləndirici təsirə malik olan və qan təzyiqini aşağı salmağa kömək edən azot oksidinə çevrilir", - o, URA.RU- ya müsahibəsində deyib.
Foodinfo.az xəbər verirki, Onufriyçukun qeyd etdiyi kimi, çuğundur həm də pektin maddələrinin, vitaminlərin və mikroelementlərin mənbəyidir.
Məhsul qaraciyər, mədəaltı vəzi və mədə xəstəliklərində kontrendikedir. Allergiya və romatoid artrit zamanı çuğunduru ehtiyatla istehlak etmək tövsiyə olunur.