D vitamini orqanizmdə bir çox müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri immun sistemini virus və infeksiya xəstəliklərinə qarşı davamlılığını artırmaqdır.
Koronavirus epidemiyası zamanı bu çox vacibdir.
D vitamini əslində gün şüaları təsirindən orqanizmdə sintez olunan çox vacib proqormondur. Mütəxəssislər hesablayıblar ki, D vitamininin orqanizmdə defisiti 36 orqanın fəaliyyətinə mənfi təsir edir.
Bir çox hallarda insanlar onun defisitinin simptomlarını bilmir. Saglamolun.az tanınmış Health jurnalına istinadla oxucularını bu simptomlarla tanış edir.
- Oynaqlarda ağrılar. D vitaminin defistiti oynaqlarda iltihabın riskini artırır ki, bu da oynaqlarda ağrılar və narahatçılığa səbəb olur.
- Tez-tez təkrarlanan infeksiyalar. D vitamini immunitetin fəaliyyətində böyük rol oynayır, immunitetin viruslara qarşı davamlılığını artırır. Bu səbəbdən D vitamininin çatışmazlığından əziyyət çəkən insanlarda qripp və digər virus xəstəliklərinə tez-tez təsadüf edilir.
- Osteoporoz. Bu xəstəlik zamanı sümük toxuması zəifləyir, sümüklərin sıxlığı azalır, sümüklər kövrək olur. D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini təmin edir. D vitamininin defisiti zamanı kalsium yaxşı mənimsənilmir. Bildiyimiz kimi, kalsium sümüklərin əsas “tikinti materialı”dır. Sümüklər daim yenilənir və bunun üçün onlara daim kalsium lazımdır. Kalsiumun çatışmazlığı sümüklərin zəifləməsinə gətirib çıxardır.
- Yorğunluq.
- Depressiya. D vitamininin çatışmazlığı tez-tez depressiyanın inkişafı ilə əlaqələndirilir.
- “Səbəbsiz” əzələ ağrıları.
- Saçların tökülməsi. Yeni araşdırmalar göstərib ki, ocaqlı allopesiya (saçların hissəvi şəkildə tökülməsi) orqanizmdə D vitamininin defisiti ilə əlaqəlidir.
D vitamininin əsas "mənbə"yi gün şüalarıdır.
Həmçinin D vitamini az miqdarda yumurta, süd məhsulları, balıq, göbələk kimi qida məhsullarında da var.
Saglamolun.Az