Dietoloq və çəki korreksiyası üzrə mütəxəssis Anna Drobışeva yaz aylarında xüsusilə faydalı olan məhsullardan danışıb. Foodinfo.az xəbər verir ki, o, bildirib ki, xüsusilə, bu kokos yağıdır.

“Çoxsaylı tədqiqatlar onun antimikrobiyal, antifungal və antibakterial təsirini təsdiqləyib. Bu məhsul çoxlu müalicəvi xüsusiyyətlərə malikdir. Onun antioksidant təsiri var, həzmi normallaşdırır, metabolik prosesləri sürətləndirir və immunitet sistemini gücləndirir”, - deyə Drobışeva Life.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, moruq yuxarı tənəffüs yollarının infeksiyaları və soyuqdəymə ilə mübarizə aparmağa kömək edir, duzlu kələm isə immunitet sistemini gücləndirir.

Drobışevanın sözlərinə görə, mütəmadi olaraq müxtəlif çaylar və evdə hazırlanmış dəmləmələr, o cümlədən itburnu və yemişan həlimi, zoğallı çay, moruq yarpaqları, qarağat və böyürtkən dəmləyə bilərsiniz.

Leyla