Hindistan sakini bir ildən az müddətdə 20 kiloqram arıqlayıb və sirrini bölüşüb. Foodinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Banqalordan olan Racaniş 20 ildən çox ticarət donanmasında dənizçi kimi xidmət edib. Kifayət qədər aktiv həyat tərzi sürməsinə baxmayaraq, o, qeyri-adi yeməklərə aludə olması səbəbindən tədricən kökəlməyə başlayıb və nəticədə çəkisi 110 kiloqrama çatıb. 2023-cü ildə bir ortoped cərrah ona tezliklə dizlərinin dəyişdirilməsinə ehtiyac ola biləcəyi barədə xəbərdarlıq etdi. Racaniş dərhal səhhətinin qayğısına qalmaq və əməliyyatdan qaçmaq üçün arıqlamaq qərarına gəlib.
O, ayda iki-üç kiloqram olmaqla tədricən arıqlamağa qərar verib. Hindistanlının ilk addımı düyü və buğda məhsullarından tamamilə imtina etmək olub
Racaniş həftənin beş günü bir saat yarım idman zalında məşq etməyə başlayıb. Yatmazdan əvvəl 45 dəqiqə gəzib.
Nəticədə, doqquz ay ərzində o, 20 kiloqramdan çəki atıb. Bunun sayəsində o, yüksək təzyiq və xolesterin səviyyələri ilə bağlı problemlərdən xilas olub, həm də xeyli aktivləşib.