ABŞ-da nəhəng piton təxminən beş ay evin altında yaşayıb, siçovullar və qonşunun pişikləri ilə qidalanıb. Foodinfo.az bildirir ki, bu barədə FOX 8 məlumat yayıb.

İlan ilk dəfə iyun ayında Oklahoma şəhərində aşkar edilib. Yerli sakinlərin pişikləri yoxa çıxmağa başlayanda onlar tutan Trevor Boundsa müraciət ediblər. O, ərazidə albinos torlu pitonun məskunlaşdığını öyrənib.

Mütəxəssis əraziyə baxış keçirib və evlərdən birinin altına baxaraq pitonun tutduğu siçovul və pişik cəsədlərini aşkar edib.

Mütəxəssislərin fikrincə, ilan əvvəllər kiminsə ev heyvanı olub. Ehtimal olunur ki, o, ya qaçıb, ya da sahibinin özü onu buraxıb.

Pitonu tutmaq üçün Bounds evin yaxınlığında tələ qurub və onu daim izləyir.

Fərid