Dünyanın ən bahalı əti Yapon Wagiu inəklərindən alınan mərmər mal ətinin kiloqramı təxminən 1000 dollardır. İnəklərə isə yalnız ən yaxşı otlar verilir, lakin diqqət çəkən məqam odur ki, onlar hər gün sake və pivə içirlər.
Ən bahalı kürü albinos beluqadan olan “Almas”dır. Bu kürü qızıl bankalarda qablaşdırılır və qiyməti 2000 dollardır.
Əlbəttə, zəfəran haqqında bilirsiniz və bu, ən bahalı ədviyyatdır. 500 qram ədviyyat əldə etmək üçün 225.000 gül lazımdır və 1 kiloqram üçün real zəfəranın qiyməti 6000 dollardır.
Dünyanın ən bahalı kartofununk kiloqramı 500 avrodur. Bu kartoflar Atlantik okeanındakı Nurmuatie adasında becərilir və oradakı əkin sahələri yalnız dəniz yosunu ilə gübrələnir.
1000 dollarlıq səhər yeməyi yalnız Nyu Yorkdakı Le Parker Meridien otelinin restoranında verilir.
Rokfor və Badamlı Sourdough çörəyinin bir ədədinin qiyməti 25 dollardır. Bu çörək yalnız Londonda satılır.
Siçanlardan alınan südün litri üçün 22 000 dollardır. Bir litr belə süd əldə etmək üçün təxminən 4 000 siçan sağmaq lazımdır. Bu süd inanılmaz dərəcədə sağlamdır və dərman kimi istifadə olunur.