Əzgil payız fəslinin ən çox sevilən məhsullarından biridir. Gec yetişən, kal halda boğucu olan meyvə, qışa kimi, hətta qışda da qəbul olunur.
Foodinfo.az e-tibb.az-a istinadla əzgilin faydaları barədə məlumatları təqdim edir:
Əzgil immuniteti gücləndirən, viruslarla mübarizə aparan, tənəffüs sistemini qoruyan meyvə sayılır. Orqanizm üçün çox faydalı olan liflərlə zəngindir. Qanda yaxşı və pis xolesterin səviyyəsini nizamlayır. Böyrəklərin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir.
Yüksək antioksidant ifrazı sayəsində əzgil xərçəng, katarakta, şəkərli diabet kimi xəstəliklərdən qorunmağa kömək edir. Məlumatlara görə, gündə 7 ədəd əzgil yemək beyin hüceyrlərini yaddaş itkisindən, bir sıra nevroloji xəstəliklərdən qoruyur.
Əzgil siropu öskürəyin dərmanıdır. Əzgil çayı isə bəlğəmgətirici kimi qəbul olunur.
Əzgil yarpaqlarından hazırlanan çay ağciyər, ağız və bağırsaq xərçənginin qarşısını almaq üçün istifadə oluna bilər. Bu meyvə bədəndəki toksinləri kənarlaşdıraraq böyrəkləri də təmizləyir.
Son xəbərlər
- Limonlu çay hansı insanlar üçün əks göstərişdir?
- 90 yaşlı yaponlar bu məhsulu hər gün yeməyi məsləhət görür
- Yumurtanı qaynadarkən suya nə əlavə etmək lazımdır?
- Həkim paket çayla bağlı tövsiyələr verdi
- Nə üçün yaşıl yarpaqlı tərəvəzləri yemək vacibdir?
- Tərəvəz və meyvələrdəki pestisidlərdən qurtulmağın yolları