Böyük Britaniyada “fast food”un içindən tibbi maska çıxıb.
Publika.az "Sondakika"ya istinadla xəbər verir ki, britaniyalı ailənin aldığı toyuq qızartmasının içində birdəfəlik tibbi maska olub.
Sifariş etdiyi yeməyi evə gətirən Laura Arber qızı Maddinin “fast food”u yedikdən sonra boğulduğunu və öskürdüyünü görüb. Bu zaman o, əlini uşağın boğazına salıb və oradan mavi maska qalığı çıxarıb. Sonra o, uşağın əlində qalan toyuq parçasının içində maskanı tapıb.
Restorana gedərək şikayət edəndə iaşə obyektinin rəhbərliyindən bildiriblər ki, bu qidalar başqa yerdə hazırlanır.
Arber jurnalistlərə bu barədə açıqlama verərək bildirib ki, bu cür qidalar baş vermiş hadisədən xəbərsiz olan insanlara satılmaqda davam edir. Onların da başına oxşar hadisə gələ bilər.
Son xəbərlər
- Duz əti sərtləşdirir?
- Şəkərdən imtina etməklə bədəndə 6 müsbət dəyişiklik
- AQTİ rəsmisi: Beynəlxalq tələblərə uyğun qida təhlükəsizliyi sisteminin tətbiqi yerli məhsullarımızın ixracını asanlaşdırır
- Qarın ağrısı və nəfəs darlığı yaşayanlara xəbərdarlıq
- Çəki azlığından əziyyət çəkənlərin diqqətinə!
- Otağın içində yetişdirilə bilən meyvə ağacları






