
Uzunmüddətli kompüter və telefon istifadəsi göz sağlamlığı üçün təhlükə yaradır. Foodinfo.az xəbər verir ki, bəzi təbii məhsullar gözləri qorumaq və yorğunluğunu azaltmaq üçün faydalıdır.
Birinci yerdə yerkökü gəlir. Tərkibindəki A vitamini gözlər üçün olduqca önəmlidir. İkinci məhsul ispanaqdır. Bu yaşıl tərəvəz göz bəbəyi və tor qişanı qoruyur. Üçüncü faydalı qida balıqdır. Omega-3 yağ turşuları göz quruqluğunu və yorğunluğunu azaldır.
Dördüncü məhsul badam, beşinci isə brokolidir. Bu iki məhsul antioksidant və E vitamini ilə zəngindir və göz toxumalarının sağlam qalmasına dəstək olur.