Vyetnamda tez-tez südlü çay içən qıza böyrək çatışmazlığı diaqnozu qoyulub.
Foodinfo.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb .
Belə ki, Ho Chi Minh şəhərindən olan 28 yaşlı qız orta məktəbdən bəri hər gün küçələrdə satılan südlü çay içirmiş. Vyetnamlı qadın tez-tez nahar və ya şam yeməyini də sevimli şirin içki ilə əvəz edib.
Bir il əvvəl qızda qəfil şişlik və nəfəs darlığı yaranıb və həkimə müraciət edib. Həkimlər xəstənin böyrəklərində problem olduğunu ehtimal ediblər. O, müayinə olunub və yüksək qan təzyiqi və anemiya ilə müşayiət olunan son mərhələdə xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.
Həkimlər buna səbəb kimi tez-tez içilən südlü çayı əsas gətirib.
Fərid