Şəmkir rayonunun Çinarlı qəsəbəsində tarixi kəhrizlərin bərpasına başlanılıb. Uzun illər yararsız vəziyyətdə olan və istifadəsi tamamilə dayanan su mənbəyi yenidən əhalinin istifadəsinə verilmək üçün hazırlanır.
Qəsəbədəki kəhrizlərin tarixi iki əsrə yaxındır. Su quyuları vaxtilə burada yaşayan almanlar tərəfindən qazılıb və əsas içməli su mənbəyi kimi istifadə edilib. Qəsəbədəki yeraltı kəhrizlərin ümumi sayı 115 ədəddir. Artıq 58 su mənbəyinin fəaliyyəti bərpa olunub.
İlkin araşdırmalara görə, kəhrizlər Çinarlı qəsəbəsini iki əsas istiqamət üzrə içməli su ilə təmin edəcək. İstifadəyə verilən su quyularının dərinliyi nəzərə alınaraq, təhlükəsizlik tədbirləri baxımından kəhrizlərin üzəri xüsusi beton piltələrlə örtüləcək. Bu məqsədlə rayon İcra Hakimiyyəti xüsusi beton piltələr sifariş edib. Su quyuları vətəndaşların suvarma suyunu da yaxşılaşdırmaq gücündədir. Kəhrizlərin tam istifadəyə verilməsi nəzərdə tutulan müddətdə başa çatdırılacaq.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş