Zəncəfilin sağlamlığa faydaları saymaqla bitmir. Həmçinin onun çayının xüsusilə xeyirli olduğu bildirilir.
Sizə ballı, südlü zəncəfil çayının hazırlanma qaydasını təqdim edirik.
Ballı, südlü zəncəfil çayı kortizol istehsalını azaldaraq, dopamin və seratonin hormonlarının üzə çıxmasını tənzimləyən təsiri ilə orqanizmi depressiya və stressə qarşı qoruyur. Həmçinin həzm sisteminə də təsir etdiyi üçün daha az acmanıza və arıqlamağınıza kömək edir.
Lazım olanlar:
2 nazik dilim təzə zəncəfil
1 çay qaşığı bal
1 stəkan qaynamış su
Hazırlanması:
Təzə zəncəfilin qabığını kartof kimi soyun və 2 nazik dilim kəsin. Üzərinə su əlavə edib 10 dəqiqə aşağı odda qaynadın. 5 dəqiqə gözlədikdən sonra stəkanın 3-də 1-inə dəmlədiyiniz bu çayı süzün. Balı içərisinə qarışdırın və ən son üzərini südlə doldurun. Süd sevmirsinizsə, içərisinə bir az limon suyu tökə bilərsiniz. Lakin süd həm acdırmır, həm də həzm sisteminin daha rahat işləməsinə kömək edir. (ailem.az)
Son xəbərlər
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı
- “Ammofos Gübrəsi”nin bitkilər üçün hansı faydaları var?
- Hansı qidalarla pendir yemək olmaz?