Qaraciyər insanın gözəl olmasının ən başlıca səbəbidir.
Foodinfo.ax Report-a istinadən xəbər verir ki, bunu həkim Aleksandr Myasnikov bildirib.
Onun sözlərinə görə, qaraciyər təkcə bədəndə təmizləyici funksiya yerinə yetirmir:
“Qaraciyər xolesterol istehsal edir, ondan cinsi hormonlar da daxil olmaqla bütün hormonlarımız hazırlanır. Həm qadınların, həm də kişilərin cəlbediciliyini formalaşdıran estrogen və testosteron hormonları da qaraciyərdə istehsal olunur”.
O, qeyd edib ki, qaraciyər insan bədəninin istiliyindən və digər toxumaların ehtiyac duyduğu zülalları sintez edir.