Kimsə Böyük İslam peyğəmbərinə (s) dedi: biz yemək yeyirik amma doymuruq.
Həzrət buyurdu: Bəlkə ayrı-ayrılıqda yemək yeyirsiniz; yemək yeyərkən bir yerə yığışın və Allahın adını çəkin ki bərəkətli olsun.
Hər hansı canlı varlıq üçün qidalanmaq, həyati zərurətdir və insan da bu prinsipdən istisna deyil. Məhz buna görə də dini övliyaların bu sahədəki metodları diqqətə layiqdir.
Peyğəmbərimizin(s) ənənələrində, qidalanmaq, ibadət üçün güc əldə etmək məqsədi ilə baş tutur. Həzrət Məhəmmədin( s) yeməkləri, halal olmaq, çeşitli olmaq, sadə olmaq, ziyanlı olmamaq və faydalı olmaq kimi xüsusiyyətlərə malik idi.
O həzrət hər bir vədə yeməkdə bir növ yeməkdən istifadə edir və bədənin ehtiyacı olduğu qədər yemək qəbul edirmiş.
Həzrətin yemək vaxtı acıxdığı vaxt olurmuş və başqaları ilə birlikdə yemək yeməyə israr edirmiş. Həmçinin həzrət yeməyə başlayarkən və yeməyi bitirərkən Allahın adını çəkər və bu sahədə başqa xüsusi adətlərə riayət edərmiş.
Yemək-içmək insanın maddi həyatının zərurətlərindəndir və onsuz heç bir insan özünün əsas öhdəliklərini yerinə yetirmək və kamillik uğrunda hərəkət etməyə qadir olmayacaq.
İnsanın cismi, ruhu daşıyan bir vasitə kimidir və bu vasitənin fəaliyyətinə xələl gəlməsi ruhun fəaliyyətinə də xələl gətirər.
Bu həqiqətə görə, hətta yaranışın ən üstün varlıqları olan peyğəmbərlər və övliyaların belə, cismin yemək-içməyə ehtiyaclı olmasını bildirmələrinə və düzgün və zəruri metodlarla öz cisimlərinin həyatı və hərəkətinin davamına şərait yaratmaları və onu öz yüksək ruhlarının xidmətinə almalarına gətirib çıxarmışdır.
Nə üçün yeyirik?
Bədən insan həqiqəti, yəni ruh üçün bir alət rolunu oynayır. Bu üzdən, ruhun təkamül yolunu getməsi üçün onun mürəkkəbi və aləti kimi bədənin ehtiyacları təmin olunmalıdır. Birinci baxışa əsasən, insan və heyvan müştərək və eyni olurlar, lakin bu baxışda insan bədənin ehtiyaclarının təminində daha yüksək hədəflərin təmin edilməsinin ardıncadır. Bəzi rəvayətlərdə yeməyin ibadət və fərizələr və borcların yerinə yetirilməsi istiqamətindəki roluna işarə edilib. Bir rəvayətdə Böyük Peyğəmbər(s.ə.s)-in adından belə nəql olunur ki, o həzrət Allah-Taalaya belə deyib: “Çörəkdə bizə bərəkət əta et və bizimlə çörək arasında ayrılıq salma, zira əgər çörək olmazsa, namaz qılmaq, oruc tutmaq və pərvədigarımızın fərizələrini yerinə yetirməyə qadir olmayacağıq.”
İmam Sadiq(ə)-ın rəvayətində də belə deyilir: “Bədənin bünövrəsi çörək üzərində qurulubdur.”
Başqa bir rəvayətə görə, bir kişi Abuzərdən imandan sonrakı ən üstün əməllər barədə soruşanda o, belə cavab verdi: “Namaz və çörək yemək!” və həmin şəxs heyranlıqla Abuzərə baxarkən o, əlavə etdi: “Əgər çörək olmazsa, Allaha ibadət olunmaz”. Abuzərin muradı bu idi ki, insan ibadət etməyə qüvvət əldə etmək üçün çörəkdən bəhrələnməlidir.
Bu cür rəvayətlərə əsasən, mömin insanın yemək yeməkdə məqsədi, bədəni dini fərizələr və ibadət borclarını yerinə yetirməyə hazırlamaqdır. Yeməyə bu cür baxış ona təbii baxışdan çox-çox yüksəkdir. (islam.az)