Kartof təmizlik işlərində təbii və təsirli bir vasitə olaraq istifadə oluna bilər.
Foodinfo.az xəbər verir ki, kartof gümüş əşyaların parıldadılması üçün effektivdir. Bunun üçün kartofu qaynadıb suyunu soyutduqdan sonra gümüş əşyaları bu suda bir neçə dəqiqə saxlayın. Sonra yumşaq bir parça ilə silin.
Kartof pas ləkələrini təmizləmək üçün istifadə oluna bilər. Kartofu iki yerə bölün və kəsik tərəfini paslı səthə sürtün. Daha təsirli nəticə əldə etmək üçün kartofun üzərinə bir az qabartma tozu da səpin. Bir müddət gözlədikdən sonra ləkəni su ilə yuyun və təmizləyin.
Həmçinin kiçik cızıqların doldurulması və səthlərin təmizlənməsi üçün istifadə olunur. Kartofu iki yerə bölüb cızıq səthə sürtün. Kartofun tərkibindəki nişasta səthi hamarlaşdırmağa kömək edəcək.
Bu tərəvəzi iki yerə bölüb kəsik tərəfi ilə şüşə və ya güzgü səthini silin. Sonra təmiz və quru bir parça ilə səthi silərək parıltılı bir görünüş əldə edin.
Pişirmə zamanı qablarda yaranan yemək ləkələrini təmizləmək üçün kartofdan istifadə edə bilərsiniz. Kartofu kəsik tərəfi ilə ləkəli səthə sürtün və bir müddət gözlədikdən sonra isti su ilə yuyun.
Dəri ayaqqabıların parladılması üçün də istifadə oluna bilər. Kartofu iki yerə bölüb kəsik tərəfi ilə ayaqqabıları sürtün. Sonra yumşaq və quru bir parça ilə silərək ayaqqabıları parıldadın.