Dünyada ən populyar olan 2 içki – yaçıl çay və qəhvə COVID-19-un ağır fəsadlarını və ölüm riskini azaldır. Bu xüsusilə koronavirusa görə əsas risk qrupuna daxil olan diabet xəstələri üçün vacibdir.
Foodinfo.az Saglamolun.az-a istinadla bildirir ki, qanda şəkəri normada saxlamaq damarların sağlamlığı üçün çox vacibdir. Yüksək şəkər damarları daxildən zədələyir, onları zəif edir, damarlarda trombların əmələ gəlməsinin və damarların partlamasının riskini artırır.
Bildiyimiz kimi, koronavirus da damarlara oxşar təsir edir, tromblaşmaya gətirib çıxardır. Bu səbəbdən damarları onsuz da zəif olan şəkər xəstələrində koronavirus xüsusilə ağır keçir, tez-tez ölümə səbəb olur.
Çoxsaylı elmi araşdırmalar göstərir ki, yaşıl çayın müntəzəm istehlakı diabetin riskini azaldır, şəkərin səviyyəsini salır, insulinə həssaslığını normallaşdırır.
Qəhvə də orqanizmə oxşar təsir edir. Bu haqda BMJ Open Diabetes Research and Care jurnalında məlumat verilib.
Mütəxəssislər gün ərzində 4 fincan yaşıl çay və 2 fincan qəhvə içməyi tövsiyə edirlər.
Pəhriz və fiziki aktivlik də şəkəri normada saxlamağa yardım edir.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş