Yumşaqlıq dərəcəsinə görə ət seçərkən bəzi məsələlərə diqqət etmək lazımdır. Foodinfo.az xəbər verir ki, ətin tərkibində nə qədər az əzələ olarsa o qədər yumşaq olacaq. Buna görə file hissələri xüsusilə seçilir.  

Keyfiyyətli mal əti ağ və ya solğun sarı rəngdə olmalıdır. Barmaqlarınızın arasına sürtsəniz, ərimir, parçalanır. Tünd sarı yağ heyvanın yaşlı olduğunu göstərir. Bu cür ətin yumşaq olması üçün uzun müddət qaynatmalı olacaqsınız.