İnsanlar fərqli çay növlərini sınamaq və içkini şaxələndirmək istəyirlər. Foodinfo.az xəbər verir ki, onların arasında qazax milli delikatesi olan darı qatılmış çay da var.
Qazaxların milli mədəniyyəti ilə maraqlananlar yaxşı bilirlər ki, qazaxlar çaya tar adlanan darı qatmağa adət ediblər. Darı uzun müddət kompleks şəkildə əl ilə işlənir. Qazaxlar adətən artıq biçilmiş darıya keldək deyirlər. Əvvəlcə qazanda qaynadılır, sonra qurudulur. Daha sonra keldək qızardılır və çaya əlavə edilir. Nəticədə bu çay qan təzyiqini aşağı sala, şəkərin səviyyəsini normallaşdıra və mədə-bağırsaq traktına faydalı təsir göstərə bilər.