Müasir cəmiyyətdə alış-veriş həyatımızın tərkib hissələrindən biridir.
Aşağıda sadalanan qaydalara əməl etməklə alış-veriş təcrübənizi daha rahat, effektiv və təhlükəsiz edə bilərsiniz.
Foodinfo.az alış-verişi daha sərfəli və rahat edən qaydaları təqdim edir:
1. Alış-veriş siyahısı hazırlamaq. Əvvəlcədən lazımi məhsulların siyahısını tutmaq vaxt və pul baxımından qənaət etməyə kömək edər. Belə ki, həmin siyahıya uyğun olaraq yalnız zəruri məhsulları almaq mümkün olacaq.
2. Nədə daşıyaq? Alış-veriş zamanı əl arabasından, səbətdən və ya ələ taxılan çantadan istifadə etmək daha məqsədəuyğundur. Əl arabasından istifadə etməklə daha çox məhsul daşımaq mümkündür.
3. Marketin məhsul çeşidlərindən yaxşı məlumatlı olmaq. Hər bir məhsulun qiymətini, keyfiyyətini və istehsalçısını bilmək lazımdır ki, ən münasib variantı seçə biləsiniz.
4. Kampaniya və endirimlərdən məlumatlı olmaq. Bəzən marketlər müxtəlif kampaniya və endirimlərlə alıcıları cəlb etməyə çalışır. Buna görə də daimi alıcısı olduğunuz market(lər)in sosial şəbəkə hesablarımı və reklam elanlarını izləmək tövsiyə edilir.
5. Qəbzi yoxlamaq. Alış-veriş zamanı aldığınız məhsulların sayını və ödənilən məbləği yoxlamaq lazımdır. Əgər hər hansı bir problem olarsa, dərhal satıcıya bildirin.
6. Ödəniş üsulunu seçmək. Nağd pulla, kredit/debet kartı ilə, yaxud mobil ödənişlərlə ödəmək mümkündür. Hansı üsuldan istifadə edəcəyinizi əvvəlcədən müəyyənləşdirin. Bu zaman kəşbek təkliflərinə də diqqət edin.
7. Marketdən çıxarkən dəhlizləri və çıxışları bağlamamaq. Digər alıcıların da rahat hərəkətinə mane olmamaq üçün çıxış yollarını bağlamayın.
8. Uşaqları nəzarətdə saxlamaq. Uşaqların marketin daxilində nəzarətsiz dolaşması təhlükəli ola bilər, ona görə də onları daim nəzarətdəs axlamaq lazımdır.