Mədənin turşuluq dərəcəsii, sekresiyası həzm orqanlarının necə işləyəcəyinin və hansı problemlər baş verəcərinin göstəricisidir.
Çox insanlara yüksək mədə turşuluğu diaqnozu qoyulur, onlarda eroziya, qida borusu reflüks, qıcqırma çox olur. Bəs mədə şirəsini necə yoxlayırlar. Təbii ki, bunun tibbi metodları var, hansı ki, həkimlər təyin edir.
Amma bir metod da ekspress test adlanır, bunu evdə hər bir insan sınaya bilər.
Milli.Az medicina.az-a istinadən həmin metodu təqdim edir.
Mədənin turşu indeksi Ph balansının normal göstəricisi 7,36-dır.
kapitalbank.az
Daha ətraflı
Aptekdə xüsusi test lakmus kağızları satılır. Onlar nazik uzunsov formadadır. Test indikatoru adlanan bu kağızı səhər tezdən acqarına dilin üzərinə qoyursuz. Ağız boşluğunun kimyəvi reaksiyası test indikatorunun rəngini dəyişəcək. Əgər turşuluq çoxdursa, qırmızı rəng alınacaq. Əgər azdırsa, göy, mavi, bənövşəyi çalarlar olacaq.
Digər bir test isə adi çay sodası ilə aparıla bilər. Yarım stəlan ilıq suda yarım çay qaşığı sodanı qarışdırıb həll edib səhər acqarına için. Əgər turşuluq normadadırsa, hıçqırma və gəyirmə 3 dəqiqə ərzində olacaq. Əgər azdırsa, zəifdirsə, çox gec olacaq.