Mütəxəssislər sübut edirlər ki, mixəyi acqarına çeynəmək effektli terapevtik təsir edir, iltihabdan və hətta xərçəngdən qoruyur.
Foodinfo.az Sağlamolun.az-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, mixək ağız suyunun ifrazını, bağırsaqların hərəkətliliyini artırır və bununla da həzm proseslərini yaxşılaşdırır, “tənbəl bağırsaq” sindromu zamanı yardım edir.
Bundan əlavə mixək mədə qıcqırması və köpdən də azad edir.
Həmçinin mixəyi çeynəmək hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlar üçün çox faydalıdır. Təzyiqin düşməsi zəiflik, süstlülk, baş gicəllənməsi, tonusun və konsentrasiyanın azalması kimi xoşagəlməz simptomlarla müşayiət olunur. Mixek bu simptomları azaldır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Tərkibində olan efir yağları sayəsində mixək həm də güclü iltihableyhinə təsirə malikdir – ağız boşluğu, udlaq, boğaz və damaqlarda iltihabları azaldır, pis ağız qoxusundan xilas edir.
Mixəyin tərkibində olan evgenol maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngidir.
“Acqarına 1 və ya 2 mixək çeynəyin. Bunu müntəzəm edən insan özünü daha yaxşı hiss etməyə başlayacaq”, - mütəxəssislər qeyd edir.
Lakin nəzərə almaq lazımdır ki, hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlara mixək ziyna vura bilər.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş