Alimlər müsbət xarakter xüsusiyyətlərinə malik olan insanların ürək xəstəlikləri və insultdan az əziyyət çəkdiyini müəyyən ediblər.
Optimizm səviyyəsi sağlamlığın yaxşılaşması ilə əlaqələndirilir.
Həyata müsbət baxışı olan insanlarda ürək-damar xəstəlikləri, koqnitiv pozğunluqlar və insult daha az olur.
Bəzi araşdırmalarda optimistlərin daha uzun yaşadığı iddia edliir. Harvard Xalq Sağlamlığı Məktəbi yaşlı qadınlar arasında araşdırma aparıb və müəyyən edib ki, yüksək optimizm səviyyəsinə malik olanlar nikbinliyi aşağı olan qadınlardan orta hesabla 4,4 il daha çox yaşayırlar.
Optimist insanlar gündəlik həyatda yaranan çətinliklərin və stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Həmçinin düzgün qidalanma və fiziki fəaliyyət də daxil olmaqla, onların sağlam həyat tərzi var. Optimistlər tez-tez ailə və dostları ilə sıx əlaqələrə malikdirlər ki, bu da onların ümumi rifahına və sağlamlığına töhfə verir.
Buna görə də araşdırmalar nikbinliyin sağlamlığa və gözlənilən uzunömürlülüyə birbaşa təsir etdiyini təsdiqləyir.